Ərizə;
Abonentin şəxsiyyət vəsiqəsi;
Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, order, kirayə müqaviləsi, alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik haqqında şəhadətnaməsi) .
Abonent kodu.
Ödənişsiz
Dərhal
Əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji təchizatı haqqında müqavilə “ASAN Kommunal” mərkəzində bağlanılır.
Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş ərizə əsasında digər şəxsin adına keçirə bilər.
Borc aşkar olunduğu halda əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmir (ər və ya arvadın biri vəfat etdikdə onlardan hər hansı birinin adına keçirilmə halları istisna olmaqla)
Abonentin qeydiyyat ünvanı və ya mülkiyyət sənədindəki məlumatlarla abonent bazasındakı məlumatlar uyğun olmadıqda xidmət 5 iş günü müddətində həyata keçirilir.
Abonentə məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd bankda girovda olduqda, onun bank tərəfindən təsdiq olunmuş surəti təqdim olunmalıdır.
Abonent kodu adına olan şəxs vəfat etdikdə ona məxsus abonent kodu ölüm haqqında şəhadətnamə və qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim olunmaqla birinci dərəcəli vərəsənin adına keçirilə bilər.
Abonent ad və ya soyadın dəyişdirilməsi haqda şəhadətnaməni təqdim etdiyi halda mülkiyyət sənədini təqdim etmədən xidmətə müraciət edə bilər.
Hesablaşma sayğacının göstərişinin oxunmadığı halda əhali istehlakçısının ad dəyişdirilməsi icra edilmir.(Göstəricinin oxunması ilə əlaqədar müvafiq ETŞ-ə müraciət oluna bilər)
İnformasiya bazasında abonent məlumatlarında (ad, soyad ata adı) səhvlik olduğu halda icra nümayəndəliyinin müvafiq arayışı təqdim edilməklə düzəliş edilə bilər.