Əhali abonentləri üçün:
Ərizə;
Abonentin şəxsiyyət vəsiqəsi;
Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, sərəncam, bələdiyyə qərarı, order, MTK tərəfindən verilən müqavilə, kənd icra nümayəndəliyinin təsərrüfat kitabından çıxarış, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, və ya vərəsəlik şəhadətnaməsi, yaşayış yerindən arayış );
Smart kart (abonent kodu və ya sayğac nömrəsi);
Qazın alqı-satqı müqaviləsi.
Qeyri-əhali abonentləri üçün:
Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub və nümayəndənin şəxsiyyət vəsiqəsi (hüquqi şəxs olduğu halda);
Qazın alqı-satqı müqaviləsi;
Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, sərəncam, bələdiyyə qərarı, order, MTK tərəfindən verilən müqavilə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik şəhadətnaməsi ).
Ödənişsiz
Dərhal;
1 iş günü (mülkiyyəti təsdiq edən sənəddə qeyd olunan ünvanla abonent bazasında olan ünvan arasında uyğunsuzluq olduqda)
Abonent məlumatlarında dəyişikliklər edildiyi zaman qazın alqı-satqı müqaviləsi mərkəzlərdə bağlanılır.
Başqa şəxs müraciət etdiyi halda qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Borc aşkar olunduğu halda abonent məlumatlarında dəyişikliklərin edilməsi xidməti həyata keçirilmir. (abonent kodunun ər və arvadın adına keçirilmə halları istisna olmaqla).
Mənzil Tikinti Koorperativləri tərəfindən verilən müqavilələr həmin MTK-lar tərəfindən təsdiqlənir.
Əhali və qeyri-əhali abonentləri ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirə bilər.
Abonentə məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd bankda girovda olduqda, onun bank tərəfindən təsdiq olunmuş surəti təqdim olunmalıdır.
Abonent kodu adına olan şəxs vəfat etdikdə ona məxsus abonent kodu ölüm və nikah haqqında şəhadətnamə təqdim olunmaqla arvadın (ərin) adına keçirilə bilər.
Abonent kodu adına olan şəxs vəfat etdikdə abonent kodu, ölüm haqqında şəhadətnamə əsasında övladlarının hər hansı birinin adına keçirilə bilər. Bu zaman borc aşkar olunduğu halda tərəflər arasında rəsmiləşdirilmiş “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırılmış Protokol” əsasında xidmət göstərilir.