Əhali abonentləri üçün:
Qeyri-əhali abonentləri üçün:
Ödənişsiz
3 (üç) iş günü müddətində
Qeyd 1: Əhali qrupuna aid olan abonent yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barədə sənəd təqdim etmədikdə, sudan istifadə edən şəxslərin sayı orta statistik əhali sayına uyğun olaraq qəbul olunur.
Qeyd 2: Abonent (istehlakçı) dəyişdiyi zaman borc aşkar olunduğu halda xidmət həyata keçirilmir. Borc ödənildikdən sonra xidmət həyata keçirilir.
Qeyd 3: Abonent ad, ata adı, soyadın dəyişdirilməsi haqda şəhadətnaməni təqdim etdiyi halda mülkiyyət sənədini təqdim etmədən xidmətə müraciət edə bilər.
Qeyd 4: Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu hallar istisna olmaqla) onların razılıq ərizəsi tələb olunur.
Qeyd 5: Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Qeyd 6: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri və abonentin şəxsiyyət vəsiqəsini (və ya surətini) təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Qeyd 7: Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş ərizə əsasında digər şəxsin adına keçirə bilər.
Qeyd 8: Abonentin mülkiyyət sənədi olmadığı halda, abonent kodu adına olan şəxs vəfat etdikdə ona məxsus abonent kodu ölüm və nikah haqqında şəhadətnamə təqdim olunmaqla arvadın (ərin) adına keçirilə bilər.
Qeyd 9: Abonentin mülkiyyət sənədi olmadığı halda, abonent kodu adına olan valideyin (lər) vəfat etdikdə ona məxsus abonent kodunu öz adına keçirmək istəyən övlad ölüm haqqında şəhadətnamə (lər) təqdim etməklə həmin mənzildə (evdə) yaşayan digər ailə üzvlərinin razılıq ərizəsi əsasında adına keçirə bilər.
Qeyd 10: Abonentə məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd bankda girovda olduqda, onun bank tərəfindən təsdiq olunmuş surəti təqdim olunmalıdır.