9 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar arasında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi” mövzusunda konfrans təşkil olunub.
Türkiyə Respublikasının Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Səyyar ASAN qatar ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərir. Belə ki, ASAN qatar növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və əhaliyə xidmət göstərir. Səyyar ASAN qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kup...
“Əl-Cəzirə” Media İnstitutunun ekspertlər qrupu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzi ilə tanış olub.
"Neftçi" Peşəkar Futbol Klubunun, "ASAN Könüllüləri" Təşkilatının və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı və Balakən regional “ASAN xidmət” mərkəzlərində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatlarının yaradılması ilə bağlı tədbirlər keçirilib.