Please ensure Javascript is enabled for purposes of website accessibility

Ülvi Mehdiyev Estoniya şirkətlərinin nümayəndələri ilə görüşüb

14 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Kibergigiyena üzrə birinci beynəlxalq konfrans çərçivəsində Estoniya şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə kibergigiyena.az layihəsi üzrə görülən işlərdən, cari vəziyyətdən, layihədə iştirak edən və əməkdaşlarını xüsusi testlərdən keçirən qurumlardan və əldə olunmuş nəticələrdən, həmçinin perspektivlərdən danışılıb.  

Rəqəmsal dövlət xidmətlərinin vətəndaşlar tərəfindən istifadəsi zamanı kibertəhlükəsizlik qaydalarına riayət olunmasının  vacibliyi  bildirilib.  Layihənin növbəti mərhələsində vətəndaşların da bu testlərdən keçməsi üçün imkanların yaradılması məsələləri müzakirə olunub.

A- A A+

Digər press-relizlər