Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-formal məşğulluq hallarının qarşısının alınması istiqamətində fəaliyyət davam etdirilir.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarı qəbul edilib. Qərarla Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilib, çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı...
Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası (UNESCAP) çərçivəsində “İnklüziv xidmətlərin göstərilməsində innovativ yanaşmalar: sosial innovasiya vasitəsilə transformativ təsirin gücləndirilməsi” mövzusunda tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Nyu-Yorkda “Dövlət qurumlarının transformasiyası: innovasiya, hesabatlılıq, iştirak və inklüzivliyin təşviqi” mövzusunda keçirilən tədbirdə çıxış edib.
13-17 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir. Məqsəd Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərində yerləşən mənzil qərargahında İqtisadi və Sosial Şuranın Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 25-ci sessiyasında...
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu keçirilib.
Səyyar ASAN xidmət avtobusu Qusarda Heydər Əliyev prospekti 119 B ünvanında vətəndaşlara xidmət göstərir. Qusarda ümumilikdə 26 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və 56 mindən çox vətəndaş müraciəti daxil olub.