Efiopiyanın nümayəndə heyəti "ASAN xidmət"də
Efiopiya Federativ Demokratik Respublikasının Əddis-Əbəbə Polis Komissiyasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Efiopiya tərəfi ilə həyata keçirilən uğurlu əməkdaşlığın nəticəsi olaraq ölkəmizin intellektual məhsulu olan “ASAN xidmət” təcrübəsi əsasında ötən il “MESOB” dövlət xidmətləri mərkəzinin fəaliyyətə başladığı diqqətə çatdırılıb. Hazırda Efiopiyada 100-dən çox xidmət mərkəzi fəaliyyət göstərir.
Həmçinin qonaqlara “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
