Please ensure Javascript is enabled for purposes of website accessibility

Sudan nümayəndə heyəti “ASAN xidmət”də

26 oktyabr 2018-ci il tarixində Sudan Federal Hökumət Palatasının naziri Həmid Məhəmməd Momtazın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 25 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Nümayəndə heyətinə elektron hökumət sahəsində atılan addımlar haqqında da ətraflı məlumat verilib

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndiriblər.

A- A A+

Digər press-relizlər