11 iyul 2018-ci il tarixində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
11 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-Qyu ilə görüş keçirilib.
Səyyar ASAN xidmət 27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində, 2 – 31 iyul Şəki və Qusar şəhərində, 4 – 18 iyul Pirallahı rayonunda, 6 – 30 iyul Şamaxı şəhərində, 7 – 31 iyul Gədəbəy və Yevlax şəhərində, 9 – 28 iyul Novxanı qəsəbəsində, 11 – 30 iyul Yardımlı şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
7 iyul 2018-ci il tarixində 3 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri Akademik Milli Dram Teatrında Natiq Məmmədlinin “Əmanət” əsərini səhnələşdiriblər.
24 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
7 iyul 2018-ci il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olub.
7 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyinə həsr olunan beynəlxalq konfransın iştirakçılarından ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək.
29 iyun 2018-ci il tarixində “ASAN xidmət”in tərəfdaşlığı, ADA Universitetinin təşkilatçılığı, PAŞA Bankın sponsorluğu ilə Azərbaycanda ilk dəfə data yönümlü Big Data Analytics hackatonu keçirilib.