18 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şəki regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.
16 noyabr 2019-cu il tarixində Əfqanıstan İslam Respublikasının Ədliyyə nazirinin müavini Məhəmməd Qasım Həlimi “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
14 noyabr 2019-cu il tarixində Afrika –Asiya və Balkan ölkələrini təmsil edən diplomatlardan ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
13 noyabr 2019-cu il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) bir sıra ştatlarının seçki orqanlarını təmsil edən nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Elektron Hökumət üzrə İcra Qrupunun (EHİQ) növbəti görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2019-cu ilin ilk 9 ayının nəticələrinə, həmçinin ictimai rəyin öyrənilməsinə dair təqdimat keçirilib.
5 noyabr 2019-cu il tarixində Qırğız Respublikası Baş prokurorunun müavini Cəmilə Camanbayevanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.