Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyevin heykəlinin önünə əklil qoyub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

AZƏRTAC xəbər verir ki, martın 10-da Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib.

Ümummilli Liderin parkdakı abidəsinin önünə dövlət agentliyi adından əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Mənbə: AZƏRTAC

A- A A+

Digər xəbərlər