2 noyabr 2016-cı il tarixində İndoneziya Respublikasının Administrativ və Bürokratik İslahatlar nazirinin müavini xanım Diah Natalisanın rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzləri, eyni zamanda da Xırdalan şəhərində xidmət göstərən Səyyar ASAN xidmət avtobusu ilə tanış olub.
2016-cı il 27 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilməsini təmin edən müvafiq proqram təminatının təqdimat mərasimi keçirilib.
Səyyar ASAN xidmət 24 oktyabr - 2 noyabr Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, 24 oktyabr - 7 noyabr Yardımlı və Neftçala rayonlarında, 24 oktyabr - 22 noyabr tarixində isə Quba şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
22 oktyabr 2016-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin qonağı millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov olub.
20 oktyabr 2016-cı il tarixində Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Nariman Mannapbekovun başçılıq etdiyi nümayəndə heyəti 3 saylı“ASAN xidmət” mərkəzi və "ASAN Radio"nun fəaliyyəti ilə tanış olub.
Baham Adaları Birliyinin vətəndaşı və “ADA” Universitetinin tələbəsi olan Cordan Haçesonun “ASAN xidmət” mərkəzinə müraciəti 12
000 000-cu olaraq qeydə alınıb.