14 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.
14 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.
Ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədilə yaradılmış “ASAN Wi-Fi” sistemi artıq hər gün 10 minlərlə insanın istifadə etdiyi Heydər Əliyev Beynəlxalq Hava Limanında istifadəyə verildi.
10 mart 2017-ci il taxirində Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində məzun ASAN Könüllülərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və”ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.
9 – 18 mart tarixlərində Səyyar ASAN xidmət Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Səyyar “ASAN qatar” isə Tovuz rayonunun Qovlar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
6 mart 2017-ci il tarixindən etibarən 2 saylı “ASAN Kommunal” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb.
25 fevral 2017-ci il tarixində Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzi və ASAN Radionun fəaliyyəti ilə tanış olub.
Səyyar ASAN 18 fevral – 18 mart Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, 20 fevral – 3 mart Tovuz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
19 fevral 2017-ci il tarixində Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
17 fevral 2017-ci il tarixində İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzi ilə tanış olub.