2016-cı il 27 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilməsini təmin edən müvafiq proqram təminatının təqdimat mərasimi keçirilib.

Səyyar ASAN xidmət 24 oktyabr - 2 noyabr Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, 24 oktyabr - 7 noyabr Yardımlı və Neftçala rayonlarında, 24 oktyabr - 22 noyabr tarixində isə Quba şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
22 oktyabr 2016-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin qonağı millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov olub.
20 oktyabr 2016-cı il tarixində Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Nariman Mannapbekovun başçılıq etdiyi nümayəndə heyəti 3 saylı“ASAN xidmət” mərkəzi və "ASAN Radio"nun fəaliyyəti ilə tanış olub.
Baham Adaları Birliyinin vətəndaşı və “ADA” Universitetinin tələbəsi olan Cordan Haçesonun “ASAN xidmət” mərkəzinə müraciəti 12 000 000-cu olaraq qeydə alınıb.
18 oktyabr 2016-cı il tarixində BMT İnkişaf Proqramının Qazaxstandakı nümayəndəliyinin rezident əlaqələndiricisinin müavini xanım Munkhtuya Altangerel-in başçılıq etdiyi nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzi ilə tanış olub.