Please ensure Javascript is enabled for purposes of website accessibility
Səyyar ASAN xidmət yenidən xidmətinizdə Ətraflı

Səyyar ASAN xidmət 1 fevral – 2 mart tarixində Xırdalan, Xaçmaz, İmişli, İsmayıllı, Goranboy, Göyçay, Şirvan və Lənkəranda, 1 – 15 fevral tarixində Suraxanı rayonunun Hövsan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Niderland nümayəndə heyəti “ASAN xidmət”də Ətraflı

31 yanvar 2018-ci il tarixində Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru Yannita Robbersenin rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Yaponiyanın Azərbaycandakı səfiri “ASAN xidmət”dən yazdı Ətraflı

“Azərbaycanda “ASAN xidmət” adlı sistem qurulub və bu sistem ölkədə elektron hökumətin özəyi funksiyasını həyata keçirir”. Bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori öz şəxsi bloqunda bölüşüb.

Moldova Respublikasının nümayəndə heyəti “ASAN xidmət”də Ətraflı

16 - 17 yanvar 2018-ci il tarixində Moldova Respublikasının Dövlət Xidmətləri Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizdə səfərdə olub.

“ASAN xidmət” Monteneqro mətbuatında Ətraflı

Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub.