Səyyar ASAN xidmət 12 – 26 dekabr tarixində Tovuz şəhərində, 29 noyabr – 28 dekabr tarixində Astara, Şəki şəhərlərində və Ağcabədi rayonunda, 4 – 28 dekabr Kürdəmir şəhərində, 7 – 28 dekabr Qazax şəhərində, 9 – 28 dekabr Abşeron rayonu Hökməli qəsəbəsində, 15 – 29 dekabr Xəzər rayonu Mərdəkan qəsəbəsində səyyar formada vətəndaşlara xidmət göstərəcək.
6 dekabr 2017-ci il tarixində Türkiyə Respulikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
3-4 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub.
Səyyar ASAN xidmət 28 noyabr – 12 dekabr tarixində Qobustan qəsəbəsində, 29 noyabr – 28 dekabr tarixində Astara, Şəki şəhərlərində və Ağcabədi rayonunun Hindarx qəsəbəsində səyyar formada vətəndaşlara xidmət göstərəcək.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” yaradılmasının iki illiyi ərəfəsində Gəncə şəhəri və ətraf bölgələrdə 96.5 Mhz tezliyində yayıma başlayıb.
20 noyabr 2017-ci il tarixində Polşa Ali Audit Ofisinin Prezidenti Krzysztof Kviatkovskinin başçılıq etdiyi nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
17 noyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin icrası üzrə tərəfdaş ölkələrin mütəxəssislərindən ibarət ekspert qrupu 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
16 noyabr 2017-ci il tarixində Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
13-15 noyabr 2017-ci il tarixlərində Özbəkistan Republikasının Nazirlər Kabineti yanında Dövlət Fərdiləşdirmə Mərkəzinin direktoru Nəcməddin Turaxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti 1 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.