Please ensure Javascript is enabled for purposes of website accessibility
İndoneziyanın İnzibati və Bürokratik İslahatlar nazirinin müavini “ASAN xidmət”də Ətraflı

27 sentyabr 2017-ci il tarixində İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar nazirinin müavini xanım Diah Natalisanın rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət avtobusu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyəti ilə tanış olub.

Belarusun Ədliyyə naziri “ASAN xidmət”də Ətraflı

21 sentyabr 2017-ci il tarixində Belarus Respublikasının Ədliyyə naziri Oleq Slijevskinin başçılıq etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzi və ASAN Radionun fəaliyyəti ilə tanış olub.

“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb Ətraflı

21 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və tətbiq olunan yeniliklərə” həsr olunmuş təqdimat mərasimi keçirilib.

“ABAD”çı ailələrin məhsulları “Bravo” supermarketlər şəbəkəsində Ətraflı

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları “Bravo” supermarketlər şəbəkəsində satışa çıxarılıb. Belə ki, “ABAD”çı ailələrin məhsullarını “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Bravo” supermarketində və Xaqani 26/32 ünvanında (keçmiş “Tahir 97” mağazası) fəaliyyət göstərən “Bravo ekspress”dən əldə etmək mümkündür.

ASAN ödəniş sistemində müvəqqəti fasilə yaranacaq Ətraflı

“ASAN ödəniş” sistemi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 20 – 21 sentyabr 2017-ci il tarixlərində sistemin fəaliyyətində müvəqqəti fasilə yaranacaqdır