Xarici ölkələrin idarə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə məxsus leqallaşdırılması tələb edilən sənədlər;
Azərbaycan Respublikasının idarə və təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus və xaricdə təqdim edilməsi nəzərdə tutulmuş sənədlər və aktlar;
Rəsmi sənəd yaxın qohumlar tərəfindən təqdim edildikdə, yaxın qohumluq əlaqəsini təsdiq edən sənədin əsli; Sənədi təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əsli, sənəd etibarnamə və ya qurumların müraciət məktubu əsasında təqdim edildikdə, müvafiq etibarnamənin və ya müraciət məktubunun əsli;
Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Sənədi leqallaşdıran şəxsin özü, etibarnamə və ya müraciət məktubu əsasında nümayəndəsi.
Qohumluq əlaqəsini təsdiq edən sənədlə yaxın qohumlar (ata, ana, bacı, qardaş, övlad, nənə, baba, nəvə, ər, arvad)
4 manat
Sənədlərin təsdiqi 5 iş günü ərzində həyata keçirilir. Sənədlərin sayı 10-dan artıq olduğu təqdirdə baxılma müddəti əlavə 5 iş gününədək artırıla bilər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi xarici ölkələrin idarə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə məxsus sənədləri həmin dövlətlərin Azərbaycan Respublikasındakı Səfirliklərində və ya Konsulluqlarında, istisna hallarda isə, Azərbaycan Respublikasında belə nümayəndəliyi olmayan dövlətlərin Xarici İşlər Nazirliyində leqallaşdırıldıqdan sonra leqallaşdırır.
Hüquqi şəxsə aid sənədlər təqdim olunduqda həmin hüquqi şəxsin rəsmi blankında Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanlanmış rəsmi məktub (məktubda sənədi təqdim edəcək əməkdaşın vəzifəsi və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi qeyd olunmalıdır) və hüquqi şəxsin qanuni fəaliyyəti barədə müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surəti təqdim olunmalıdır.
Bu xidmət 5 saylı Bakı və Naxçıvan regional "ASAN xidmət" mərkəzində həftənin bütün günləri, 7 saylı Bakı "ASAN xidmət" mərkəzində isə həftənin bazar ertəsi-cümə günləri həyata keçirilir.