Ərizə;
Apostilin verilməsi üçün təqdim edilən rəsmi sənədin əsli;
Rəsmi sənədi təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əsli;
Rəsmi sənəd yaxın qohumlar tərəfindən təqdim edildikdə, yaxın qohumluq əlaqəsini təsdiq edən sənədin əsli;
Rəsmi sənəd etibarnamə və ya qurumların müraciət məktubu əsasında təqdim edildikdə, müvafiq etibarnamənin və ya müraciət məktubunun əsli;
Rəsmi sənəd hüquqi şəxsə, nümayəndəliyə və ya filiala məxsus olduqda, həmin hüquqi şəxsin, nümayəndəliyin və ya filialın dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədin əsli;
Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Sənədinə apostil verilən şəxsin özü və ya etibarnamə əsasında nümayəndəsi;
Qohumluq əlaqəsini təsdiq edən sənədlə yaxın qohumlar (ata, ana, bacı, qardaş, övlad, nənə, baba, nəvə, ər, arvad)
10 manat
Sənədlərin təsdiqi 5 iş günü ərzində həyata keçirilir. Sənədlərin sayı 10-dan artıq olduğu təqdirdə baxılma müddəti əlavə 5 iş gününədək artırıla bilər
Hüquqi şəxsə aid sənədlər təqdim olunduqda həmin hüquqi şəxsin rəsmi blankında Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanlanmış rəsmi məktub (məktubda sənədi təqdim edəcək əməkdaşın vəzifəsi və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi qeyd olunmalıdır) və hüquqi şəxsin qanuni fəaliyyəti barədə müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surəti təqdim olunmalıdır.
Bu xidmət yalnız 5 saylı Bakı və Naxçıvan regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.