Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varisləri tərəfindən verilir;
Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər
3 manat
Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Müstəsna hallarda qeydiyyat şöbəsinin rəisi və konsulluq idarələrinin rəhbəri tərəfindən ərizə verən şəxsə məlumat verilməklə, həmin müddət bir aydan çox olmayan müddətə uzadıla bilər.
Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər.