Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varisləri tərəfindən verilir;
Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
3 manat
Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Müstəsna hallarda qeydiyyat şöbəsinin rəisi və konsulluq idarələrinin rəhbəri tərəfindən ərizə verən şəxsə məlumat verilməklə, həmin müddət bir aydan çox olmayan müddətə uzadıla bilər.
Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.