Sonrakı ipoteka müqaviləsinin təsdiqi
Zəruri olan sənədlərin siyahısı
- Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi
- Daşınmaz əmlakın ipoteka qoyulmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
- Yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzil-istismаr sаhələrinin arayışı və yetkinlik yaşına çatmış şəxslərin notariat qaydasında təsdiq edilmiş razılığı;
- İpoteka qoyan və ya ipoteka saxlayan hüquqi şəxs olduqda onun hüquq qabiliyyətini müəyyən edən sənədlər (nizamnamə, reyestrdən çıxarış və dövlət qeydiyyatı haqqında şəhadətnamə, filial və nümayəndəliyin əsasnaməsi və onun rəhbərinə verilmiş etibarnamə)
- Müqavilə nümayəndə vasitəsilə bağlandıqda hüquqi şəxsin ona verdiyi notariat qaydasında təsdiq edilmiş etibarnamə.
İştirak etməli olan şəxslərin siyahısı
- İpoteka qoyan və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi
- İpoteka saxlayan və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi
- Borclu
Dövlət rüsumunun məbləği
Dəyəri 2000 manatadək- dövlət rüsumu 6 manat, xidmətə görə tutulan haqq-0,90 manat;
Dəyəri 2000 manatdan 5000 manatadək- dövlət rüsumu 25 manat, xidmətə görə tutulan haqq-3.75 manat;
Dəyəri 5000 manatdan çox olduqda- dövlət rüsumu 40 manat, xidmətə görə tutulan haqq- 6 manat.
Qeyd
Əsasında notariat hərəkəti aparılmış sənədlərin əsli əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur. Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır.