1) Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
2) Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış
3) Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi
4) Daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
5) Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortası icbaridir.
Məlumat üçün bildiririk ki, daşınmaz əmlakın icbari sığortası “ASAN xidmət” mərkəzlərində həyata keçirilə bilər.
Əsasında notariat hərəkəti aparılmış sənədlərin əsli əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur. Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır.