Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrin verilməsi
Zəruri olan sənədlərin siyahısı
İş icazəsi almaq üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:
- ərizə-anket;
- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;
- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
- nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
- işəgötürən;
- hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
- fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması haqqında tibbi arayış.
Dövlət rüsumunun məbləği
- on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 700 manat;
6 ayadək - 900 manat;
1 ilədək - 1400 manat.
- on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 500 manat;
6 ayadək - 700 manat;
1 ilədək - 1200 manat.
- iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 350 manat;
6 ayadək - 600 manat;
1 ilədək - 1000 manat.
Qeyd
İş icazəsinin alınması ilə bağlı əmək vizası və ya işgüzar (biznes) viza olmalıdır.
Azərbaycan Respublikasının ərazisində iş icazəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumu, həmin icazə ilə bağlı müraciətə baxılması üçün müəyyən edilmiş müddətin sonuncu günündən 30 gün ərzində ödənilmədikdə həmin icazə ləğv edilir.
Bu xidmət 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.