Ərizə-anket – 2 ədəd;
Azərbaycan Respublikası Prezidentinin adına ərizə – 2 ədəd;
Tərcümeyi-hal – 2 ədəd;
3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
Dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti (şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur);
Pasportun və ya digər sərhədkeçmə sənədinin notariat qaydasında təsdiq olunmuş surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla);
Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti (Azərbaycan dilində olmadıqda tərcümə olunmalı);
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış (maaş göstərilməklə), pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) və yaxud:
Öhdəliyə götürən şəxsin notariat qaydasında təsdiq olunmuş öhdəlik ərizəsinin surəti;
Öhdəliyə götürən şəxsin notariat qaydasında təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti;
Öhdəliyə götürən şəxsin iş yerindən arayış;
Azərbaycan doğumlu vətəndaşsızlıq vəziyyətində olan şəxslərin daimi yaşadığı ölkənin vətəndaşı olmadığı barədə həmin ölkənin AR-dakı Səfirliyindən alınmış arayış (Azərbaycan dilində olmadıqda tərcümə olunmalı);
Elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti;
Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri (olduğu halda)
Azərbaycan Respublikasında yaşayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi (övladı olduqda)
Ərizə-anket – (övladlarının da adları qeyd olunmaqla) - 2 ədəd;
Azərbaycan Respublikası Prezidentinin adına ərizə - (övladlarının da adları qeyd olunmaqla) – 2 ədəd;
Tərcümeyi-hal – 2 ədəd;
3x4 sm ölçüdə dörd ədəd fotoşəkil (şəxsin özü və övladları üçün);
Dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
Pasportun və ya digər sərhədkeçmə sənədinin notariat qaydasında təsdiq olunmuş surəti (şəxsin özünün və övladlarının);
Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti (Azərbaycan dilində olmadıqda tərcümə olunmaqla);
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış (maaş göstərilməklə), pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) və yaxud:
Öhdəliyə götürən şəxsin notariat qaydasında təsdiq olunmuş öhdəlik ərizəsinin surəti;
Öhdəliyə götürən şəxsin notariat qaydasında təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti;
Öhdəliyə götürən şəxsin iş yerindən arayış;
Azərbaycan doğumlu vətəndaşsızlıq vəziyyətində olan şəxslərin daimi yaşadığı ölkənin vətəndaşı olmadığı barədə həmin ölkənin AR-dakı Səfirliyindən alınmış arayış (Azərbaycan dilində olmadıqda tərcümə olunmalı);
Elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti;
Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri (olduğu halda);
Həyat yoldaşının notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsi;
Həyat yoldaşının notariat qaydasında təsdiq olunmuş pasportunun surəti;
Nikah haqqında şəhadətnamənin surəti;
14-18 yaşlı uşaqların notariat qaydasında təsdiq olunmuş razılıq ərizələrinin surəti.
200 manat
Ərizə-anket, tərcümeyi-hal və Azərbaycan Respublikası Prezidentinin adına yazılan ərizə elektron qaydada çap olunmalıdır.
Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti yalnız Azərbaycan Respublikasında doğulmuş şəxslərdən tələb olunur.