Ərizə-anket – 2 ədəd;
Azərbaycan Respublikası Prezidentinin adına ərizə (vətəndaşlıqdan çıxma səbəbi göstərilmək şərti ilə) – 2 ədəd;
Tərcümeyi-hal– 2 ədəd;
3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
Dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Kredit öhdəliyinin olmaması barədə Azərbaycan Kredit Bürosundan sənəd;
Dövlət qarşısında vergi öhdəliyinin olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sənəd;
Alimentin tutulmaması və barəsində hər hansı icra sənədinin olmaması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin müvafiq yerli şöbəsindən sənəd;
Hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd (hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış);
Mənzil kommunal xidmətlərinə görə borcunun olmaması barədə yaşayış yeri üzrə mənzil istismar sahəsindən arayış;
Sudan istifadəyə və çirkab suyun axıdılmasına görə borcunun olmaması barədə “Azərsu” ASC-nin müvafiq yerli şöbəsindən arayış;
Qazdan istifadəyə görə borcunun olmaması barədə arayış;
Elektrik enerjisindən istifadəyə görə borcunun olmaması barədə arayış;
Telefon danışıqlarına görə borcunun olmaması barədə arayış.
200 manat
1.Ərizə-anket, tərcümeyi-hal və Azərbaycan Respublikası Prezidentinin adına yazılan ərizə elektron qaydada çap olunmalıdır.
2.Adında daşınmaz əmlak olmamasına dair sənəd təqdim edən şəxslərdən rabitə və kommunal xidmətlərlə bağlı arayışlar tələb olunmur.