Ərizə-anket - 2 ədəd;
Azərbaycan Respublikası Prezidentinin adına ərizə – 2 ədəd;
Tərcümeyi-hal – 2 ədəd;
3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
Dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış (insanın immunçatışmazlığı virusu infeksiyası, vərəm, hepatit B və C virusları, dəri-zöhrəvi, ruhi-əsəb);
200 manat
1. Ərizə-anket, tərcümeyi-hal və Azərbaycan Respublikası Prezidentinin adına yazılan ərizə elektron qaydada çap olunmalıdır.
2. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış ayrı-ayrılıqda və ya ümumi şəkildə istənilən tibb müəssisəsindən alınaraq təqdim oluna bilər (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxslər respublikanı tərk etməyibsə, onlardan qeyd olunan arayış tələb olunmur).