Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması
Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması
Zəruri olan sənədlərin siyahısı
Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə - təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
Təsisçi-fiziki şəxslər barədə məlumat formaları;
Təsisçi-hüquqi şəxslər barədə məlumat formaları;
Təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə;
Qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
Müşahidə şurasının üzvləri barədə məlumat - ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilir);
Nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir);
Təsisçilərin və rəhbərin şəxsiyyət vəsiqəsinin surətləri.
Dövlət rüsumunun məbləği
Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması - 11 manat.
Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı - 3 manat.
Müddət
İcra müddəti 2 gün;
Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir:
Hüquqi şəxsin nizamnaməsi.
Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN).
Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.