Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
Təsisçi-hüquqi şəxslər barədə məlumat;
Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə;
Nümayəndəliyin və ya filialın yaradılması və onun rəhbərinin və ya qanuni təmsilçisinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
Nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (müvafiq qaydada leqallaşdırılmalıdır);
Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.
Rəhbərə verilmiş etibarnamə notarial qaydada təsdiq edilir və müvafiq qaydada leqallaşdırılır.
300 manat
İcra müddəti 2 gün
Xarici kommersiya hüquqi şəxslərinin nümayəndəliyi və ya filialının qeydiyyatı ilə bağlı mərkəzlərdə yalnız sənəd qəbulu həyata keçirilir. Sənədlərin yoxlanılması, hazırlanması və təhvil verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yerli şöbələri tərəfindən həyata keçirilir.