- Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannamə (müraciət);
- torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd (torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, notarius tərəfindən təsdiq edilmiş alqı-satqı, icarə və subicarə müqavilələri, vərəsəlik şəhadətnaməsi, məcburi köçkünlərə verilmiş torpaq sahələri ilə bağlı sənədlər, islahat keçirilməmiş rayonlarda (cəbhə xəttinə yaxın ərazilər) torpaq sahələrinin şərti bölgüsü, dövlət aktı olmayan pay torpaqlarının verilməsi üçün əsas olan sənədlər, icra nümayəndəsinin təsdiq etdiyi 1 illik icarə müqaviləsi);
- əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumat və satınalınmasına dair sənədlər;
- müraciət edən hüquqi şəxs olduqda kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədlər (nizamnamə, kommersiya qurumunun dövlət reyestrindən çıxarış).
2 AZN
Fermer subsidiyaya müraciət ərizəsini təsdiq etdikdən etibarən 30 iş günü