Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyət vəsiqəsi
1 nəfər üçün arayışın verilməsi – 16 manat
1, 2, 3, 4, 5, 6, 7 saylı Bakı və Sumqayıt "ASAN xidmət" mərkəzlərində - 14 iş günü;
Sabirabad, Bərdə, Gəncə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyan regional "ASAN xidmət" mərkəzlərində - 14 iş günü.
Nikaha daxil olmaq istəyən şəxsin özü iştirak etməlidir. Arayış vətəndaşın özünə şəxsən təqdim edilir. Arayış qan analizlərinin cavabları hazır olan gündən 1 (bir) ay ərzində etibarlıdır.
Müvafiq xəstəliklərin aşkarlanmasına aid testlərin həyata keçirilməsində ləngimənin mövcud olması tibbi arayışın verilmə müddətinin bir qədər artmasına səbəb olmuşdur. Tibbi arayışın hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində veriləcəkdir.
Bu xidmət bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.