Partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi
Partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi
Zəruri olan sənədlərin siyahısı
ərizə;
ərizəçi hüquqi şəxs olduqda - dövlət qeydiyyatı haqqında şəhadətnamə;
ərizəçi fiziki şəxs olduqda - şəxsiyyətini təsdiq edən sənədin surəti;
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
tərkibində ozondağıdıcı maddə olan əşyaların dövriyyəsinə xüsusi icazə alan şəxslər tərəfindən əşyanın tərkibində Monreal Protokolu ilə dövriyyəsi qadağan edilmiş ozondağıdıcı maddənin olmaması haqqında təqdim edilən arayış (maddənin təhlükəsizliyinə dair pasportun (MSDS) təqdim olunması yetərlidir);
Monreal Protokolu ilə dövriyyəsinə qadağa qoyulmayan ozondağıdıcı maddələrin miqdarının həmin Protokolla müəyyən edilmiş həddi aşmaması barədə təsdiqedici sənəd (alqı-satqı müqaviləsinin və idxal edilən məhsula dair hesab-fakturanın (invoys) notarial qaydada təsdiq olunmuş tərcüməsi təqdim olunması yetərlidir);
xüsusi icazəsi olan əşyanın istifadə müddəti qurtardıqdan sonra tərkibindəki ozondağıdıcı maddənin hansı metodla utilizə edilməsi haqqında arayış;
qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı;
mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti.
Xidmət haqqı
Ödənişsiz.
Müddət
7 (yeddi) iş günü
Qeyd
Bu icazə sənədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 sentyabr 2006-cı il tarixli 203 №-li qərarı ilə təsdiq edilmiş “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın C Əlavəsinin 1 və 2 Qrupunda yer alan ozondağıdıcı maddələrə şamil edilir. Sözügedən maddələr üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyin müvafiq qrumu tərəfindən ayrılmış kvota həddinin aşılmasına yol verilmir.
Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə çatışmazlıqlar aradan qaldırılanadək olan müddət xüsusi icazənin verilməsi üçün tətbiq olunan müddətə daxil edilmir.