Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi.
Zəruri olan sənədlərin siyahısı
- əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə;
- hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü;
- fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü:
- ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti;
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti;
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi;
- qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı, onların, neft və neft məhsulları tullantılarının emalı üçün nəzərdə tutulan müvafiq avadanlığın olması barədə sənəd;
- hasilat və emal vasitələrinin normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd (keyfiyyət və uyğunluq sertifikatı);
- mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti;
- qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı məqsədi ilə müvafiq torpaq sahəsinin və yerin təkinin ayrılması barədə sənəd;
- qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı vasitələrinin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
- qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı prosesində şəxslər tərəfindən aparılan geoloji, texniki, markşeyder sənədlərinin surətləri;
- qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi barədə sənəd;
- qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
Dövlət rüsumunun məbləği
İcazənin verilməsi ödənişsizdir.
Müddət
7 iş günü