xüsusi icazə almaq üçün ərizə (sifariş);
hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, hüquqi ünvanı və xüsusi icazənin
alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;
fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın adı və ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;
malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat;
bağlanmış müqavilənin (kontraktın) surəti;
ixrac edilən malın mənşə sertifikatının surəti;
sifarişçilərin (ərizəçilərin) vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
malın XİF MN (xarici iqtisadi fəaliyyətin mal nomenklaturu) kodu;
invoysun surəti;
CMR-in (yol qaiməsinin) surəti.
İcazənin verilməsi ödənişsizdir.
7 iş günü