İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi
Zəruri olan sənədlərin siyahısı
- Ərizə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş ƏRİZƏ FORMASI-na əsasən).
- Vergi orqanları tərəfindən hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən və vergi uçotuna alınması haqqında sənədin surəti.
- Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında sənədin surəti.
- Birbaşa və ya əlaqəli müqavilənin (onu əvəz edən sənədin) surəti.
- Gömrük orqanları tərəfindən verilən tətbiq olunan gömrük proseduru barədə sənədin surəti.
Dövlət rüsumunun məbləği
Şəhadətnamənin verilməsi ödənişsizdir.
Müddət
20 gün