pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportu);
ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və s.);
Şəxsin əlilliyini və ya sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən tibbi-sosial ekspert komissiyasının qərarı.
Əmək pensiyalarının təyin edilməsi ödənişsizdir.
Əmək pensiyasının təyin edilməsi barədə ərizə əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində əmək pensiyasının təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilir.
Qaçqın və məcburi köçkünlər üçün müvəqqəti qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən arayış tələb olunur.