pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportu);
ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və s.);
ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti);
pensiya almaq hüququ olan ailə üzvlərinin doğum haqqında şəhadətnamələrinin surəti;
vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin (babası, nənəsi, qardaşı, bacısı, qəyyumu, himayəçisi) şəxsiyyətini təsdiq edən sənədin surəti;
vəfat etmiş şəxsin 18 yaşından yuxarı (əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə arayışı;
vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının əlil, ərinin (arvadının) I və ya II qrup əlil olması barədə tibbi-sosial ekspert komissiyasının qərarı;
hərbi hissədən, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti orqanlarından və digər aidiyyəti dövlət orqanlarından hərbi qulluqçunun ölüm faktını, ölümün səbəbini və tarixini təsdiq edən, həmçinin hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda).
Əmək pensiyalarının təyin edilməsi ödənişsizdir.
Əmək pensiyasının təyin edilməsi barədə ərizə əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində əmək pensiyasının təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilir.
Qaçqın və məcburi köçkünlər üçün müvəqqəti qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən arayış tələb olunur.