1. ərizəni verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
2. hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
3. aşağıdakı əsaslardan biri:
- qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
- mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı);
4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Mənzillərə texniki pasportların verilməsi
Mənzillərə texniki pasportlar aşağıdakı sənədlər əsasında verilir:
- ərizə (müraciət);
- ərizə verən şəxsin şəxiyyətini təsdiq edən sənəd;
- mülkiyyət hüququnu təsdiq edən sənəd;
- daşınmaz əmlakın texniki göstəricilərinə dair texniki sənədlər (olduğu halda);
- dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Mənzillər üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışların verilməsi - 50 manat
(10 iş gününə verildikdə 36 manat x/h, 7 iş gününə verildikdə 54 manat x/h, 3 iş gününə verildikdə 72 manat x/h, 1 iş gününə verildikdə 108 manat x/h,
Mənzillərə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün – 75 manat
Sahəsi 50 m2-dək (50 m2 daxil) olduqda:
Bakı-15 iş gününə verildikdə 40, 10 iş gününə verildikdə 60, 5 iş gününə verildikdə 80, 2 iş gününə verildikdə 120 manat
Abşeron rayonu, Gəncə, Sumqayıt, şəhərləri- 15 iş gününə verildikdə 35 manat x/h, 10 iş gününə verildikdə 52.5 manat x/h, 5 iş gününə verildikdə 70 manat x/h, 2 iş gününə verildikdə 105 manat x/h
Digər şəhər və rayonlarda –15 iş gününə verildikdə 30 manat x/h, 10 iş gününə verildikdə 45 manat x/h, 5 iş gününə verildikdə 60 manat x/h, 2 iş gününə verildikdə 90 manat x/h
Sahəsi 50 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün
Bakı şəhərində 0,40 manat x/h
Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,32 manat x/h
digər şəhər və rayonlarda 0,28 manat x/h
Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə yxarıda qeyd olunmuş tariflərə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30,0 manatdan az olmamaqla hesablanır.