Əhali abonentləri üçün:
Qeyri-əhali abonentləri üçün:
Ödənişsiz
3 (üç) iş günü müddətində
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə “ASAN Kommunal” mərkəzində müqavilə bağlanılır.
Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı mövcud vəziyyətə uyğun olmadığı halda, sudan istifadə edən şəxslərin sayı orta statistik əhali sayına uyğun olaraq hesablanır.
Abonent (istehlakçı) dəyişdiyi zaman borc aşkar olunduğu halda xidmət həyata keçirilmir.
Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu hallar istisna olmaqla) onların razılıq ərizəsi tələb olunur.
Başqa şəxs müraciət etdiyi halda, abonentin şəxsiyyət vəsiqəsinin surəti, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri və abonentin şəxiyyət vəsiqəsini təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş ərizə əsasında digər şəxsin adına keçirə bilər.
Abonentə məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd bankda girovda olduqda, onun bank tərəfindən təsdiq olunmuş surəti təqdim olunmalıdır.
Bu xidmət “ASAN Kommunal” mərkəzləri ilə yanaşı 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində, həmçinin regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.