Ödənişsiz
1 iş günü ərzində
Xüsusi araşdırma tələb olunan hallarda - 5 iş günü ərzində
Doğum haqqında şəhadətnamənin əsli və ya surətinin notarial qaydada təsdiqi, ölüm haqqında şəhadətnamənin əsli və ya surətinin notarial qaydada təsdiqi tələb edilir.
Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Azərişıq” ASC-nə təqdim etdiyi siyahıda adı olan şəxslərə şamil edilir.
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Arayışda adı qeyd olunan şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər.
Məcburi köçkün yeni ünvana köçdükdə köhnə ünvan üzrə “kreditor” borcu varsa sıfırlanır, “debitor” borcu olduqda isə ödədikdən sonra ünvan dəyişikliyi icra edilir.
Bu xidmət “ASAN Kommunal” mərkəzləri ilə yanaşı 4 və 5 saylı Bakı "ASAN xidmət" və regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.