Müqavilə əsasında müəyyən edilir.
Müddət işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir.
Ərizə qəbul olunduqdan sonra 3 gün ərzində baxış keçirilir və akt tərtib olunur.
Akt tərtib olunduqdan sonra vətəndaş Mərkəzə müraciət edərək müqavilə bağlanılır. Ödəniş və icra müddəti müqavilədə öz əksini tapır.
Abonent kodu mülkiyətçinin adına olmadıqda mülkiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, ad dəyişmə aparıldıqdan sonra xidmətdən istifadə oluna bilər.
Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş,) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.