- Ərizə (fiziki şəxs olduqda) və ya məktub (hüquqi şəxs olduqda);
- Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
- Mənzil sahiblərinin siyahısı;
- Texniki şərtin sürəti;
- Üzləşmə aktı və ya borcun olmamasına dair arayış;
- Enerji Məsələlərini Tənzimləmə Agentliyindən istismara buraxılış aktı (150 kVt-dən yuxarı olduqda);
- Sərhəd aktı və ya qoşulma aktı(150 kVt-a qədər olduqda);
- Enerji alqı-satqı müqaviləsi (Balans sayğacı üzrə)
Ödənişin məbləği müqaviləyə əsasən müəyyən olunur.
“Azərişıq” ASC nümayəndəsi tərəfindən ünvana 5 iş günü müddətinə baxış keçirilir və smeta müəyyən olunur, elektrik şəbəkəyə qoşulma ilə bağlı xərclər ödənildikdən sonra 30 gün müddətində işin icrası həyata keçirilir.
Layihə-smeta sənədi sifarişçiyə təqdim olunduqdan sonra 1 ay ərzində elektrik şəbəkəyə qoşulma ilə bağlı xərclər ödənilmədikdə, sifarişçi tərəfindən yenidən müraciət olunmalıdır.
Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Çoxmənzilli binalarda mənzillərinin qeydiyyatı fərdi qaydada aparılmır.
Çoxmənzilli binalarda mansardlarında yerləşən mənzillər müvafiq icra hakimiyyəti tərəfindən verilmiş sənədləri təqdim etməklə bu xidmətdən istifadə edə bilər.
Balans sayğacda borc aşkar olunduğu halda xidmət həyata keçirilmir.
Üzləşmə aktı və ya borcun olmamasına dair arayış “ASAN Kommunal” mərkəzindən əldə oluna bilər.