Ərizə-Blank (Abonent kodu və səbəb qeyd edilməklə)
VÖEN (olduğu halda);
Abonentin şəxsin şəxsiyyət vəsiqəsi;
Mülkiyyətə dair sənəd.
Ödənişsiz
10 gün
Başqa şəxs müraciət etdiyi halda qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
AKTİV kodun PASSİV edilməsi Abonent müraciəti əsasında (səbəb göstərməklə) həyata keçirilir. Bu halda Abonent kodu İnformasiya bazasında müvəqqəti passiv (T) statusu ilə passiv edilir.
Abonent kodunun PASSİV edilməsi istehlak olunmuş elektrik enerjisinin dəyəri tam ödənildikdən sonra həyata keçirilir və vətəndaşa “borcun olmaması” barədə rəsmi sənəd təqdim olunur. Enerji alqı satqı müqaviləsində tərəflərin məsuliyyəti müvəqqəti olaraq dondurulur.
PASSİV kodun AKTİV olunması üçün ünvana baxış keçirilir “baxış aktı” tərtib olunur araşdırılması üçün müvafiq struktura yönləndirilir. Passiv olunmuş koda aid borc aktiv edilən zaman tam şəkildə ödənilməlidir. Passiv olunmuş kodda sayğac yoxdursa o kodun aktiv olunması mümkün deyil. (Dövlət müəssisəsindən maliyyələşən müəssisələrə aid kodlar istisna olmaqla misal-kameralar, liftlər, sayğac quraşdırılması mümkün olmayan obyektlər)
İstehlakçıya aid mənzil sökülərkən və ya digər mənzilə birləşdirilərkən abonent kod İnformasiya bazasında PASSİV (P) edilir. Passiv edilən günə qədər son göstərici daxil edilməklə borc tam şəkildə ödənilir.
Abonent İnformasiya bazasında (P) statusu ilə PASSİV edilən kod sayğac olmadıqda yenidən AKTİV edilə bilməz.
TM bağlantısını dəyişən abonent kodları AKTİV olunmur.
Sifarişçi icarə müqaviləsi təqdim etməklə Abonent İnformasiya bazasında müvəqqəti passiv (T) olunmuş kodu aktivləşdirə bilər.
Bu xidmət “ASAN Kommunal” mərkəzləri ilə yanaşı 6 saylı Bakı "ASAN xidmət" və regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.