Ödənişsiz
Dərhal
Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Qazın alqı-satqı müqaviləsi “ASAN Kommunal” mərkəzində bağlanılır.
Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi əsasında kirayəçiyə, tələb olunan digər sənədləri təqdim etdiyi halda xidmət göstərilir.
Borc aşkar olunduğu halda, borcun tam və ya hissə-hissə ödənilməsi tələb olunur.
Abonent köhnə müqaviləni gətirdikdə və ya Azəriqaz İB sistemində mövcud olduqda yeni müqavilə bağlanmır.
Qeyri-əhali abonentlərdən köhnə müqavilə olmadığı halda VÖEN-nin surəti tələb olunur.