Zəruri olan sənədlərin siyahısı
Əhali abonentləri üçün:
- Ərizə;
- Abonentin şəxsiyyət vəsiqəsi;
- Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (abonent kodu mülkiyyətçinin adına olduğu halda, bu sənəd tələb olunmur);
- Smart kart və ya abonent kodu;
- Forma 1,2- quraşdırılma aktı (yeni abonent olduğu halda).
Qeyri-əhali abonentləri üçün:
Hüquqi şəxslər:
- Ərizə;
- Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
- Hüquqi şəxsin möhürü;
- VÖEN-in əsli;
- Azəriqaz İB tərəfindən verilmiş qazın açılışını təsdiq edən rəsmi məktub (ilkin müqavilə bağlandıqda);
- Sonuncu bağlanmış müqavilənin əsli (müqavilə müddətinin uzadılması ilə bağlı müraciət olunduqda);
- Dövlət Vergi Xidmətindən müəssisənin fəaliyyət növü barədə arayış,
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər:
- Ərizə;
- Abonentin şəxsiyyət vəsiqəsi (abonent özü olmadıqda, notarial qaydada təsdiq olunmuş etibarnamə);
- VÖEN-in əsli;
- Azəriqaz İB tərəfindən verilmiş qazın açılışını təsdiq edən rəsmi məktub (ilkin müqavilə bağlandıqda);
- Sonuncu bağlanmış müqavilənin əsli (müqavilə müddətinin uzadılması ilə bağlı müraciət olunduqda).
3 ay (45/45) gün müddətinə bağlanmış müqavilələrin müddətinin uzadılması üçün:
Hüquqi şəxslər:
- Ərizə;
- Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
- Hüquqi şəxsin möhürü;
- VÖEN əsli;
- Sonuncu bağlanmış müqavilənin əsli;
- Azəriqaz İB tərəfindən verilmiş qazın açılışını təsdiq edən rəsmi məktub (uzun müddətli müqavilə bağlandıqda).
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər:
- Ərizə;
- Abonentin şəxsiyyət vəsiqəsi(abonent özü olmadıqda, notarial qaydada təsdiq olunmuş etibarnamə);
- VÖEN əsli;
- Sonuncu bağlanmış müqavilənin əsli;
- Azəriqaz İB tərəfindən verilmiş qazın açılışını təsdiq edən rəsmi məktub (uzun müddətli müqavilə bağlandıqda).
Xidmət haqqı
Ödənişsiz
Müddət
Dərhal
Qeyd
Borc aşkar olunduğu halda (büdcə təşkilatları istisna olmaqla) xidmət həyata keçirilmir.
Əhali abonentləri üçün abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).
Əhali abonentləri üçün yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
3 ay (45/45) gün müddətinə müvəqqəti bağlanmış müqavilələr üzrə ilkin müraciət olunduqda, müqavilənin müddəti 3 ay uzadılır və həmin müddət ərzində uzun müddətli müqavilənin bağlanması üçün digər sənədlərdən əlavə Azəriqaz İB-dən qazın açılışını təsdiq edən rəsmi məktubun gətirilməsi tələb olunur. Bu müddət ərzində qeyd olunan tələblər yerinə yetirilmədikdə, müqavilənin müddəti yenidən uzadılmır.