Yeni istehlakçının qeydiyyata alınması
Zəruri olan sənədlərin siyahısı
Əhali abonentləri üçün:
- Şəxsiyyət vəsiqəsi;
- Texniki şərt(zəruri olduqda);
- Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, sərəncam, bələdiyyə qərarı, order və s.);
Qeyri-əhali abonentləri üçün:
- VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün);
- Texniki şərt (zəruri olduqda);
- Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
- Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, sərəncam, bələdiyyə qərarı, order və s.).
Xidmət haqqı
Ödənişsiz
Müddət
Dərhal
Qeyd
Qeyd 1: Əhali qrupuna aid olan istehlakçı yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barəsində sənəd təqdim etmədikdə, sudan istifadə edən şəxslərin sayı orta statistik əhali sayına uyğun olaraq qəbul edilir.
Qeyd 2: Ünvan məlumatları baza məlumatları ilə uyğunsuzluq təşkil etdikdə istehlakçının müvafiq sənədləri və ərizəsi qəbul edilir, 3 iş günü müddətində müvafiq dəqiqləşmələr aparılaraq istehlakçının qeydiyyata alınması təmin edilir.