Ödənişsiz
Dərhal
Qeyd 1: Suölçən cihazın işlək vəziyyətinin yoxlanılması 15 (on beş) iş günü müddətində həyata keçirilir.
Qeyd 2: Əhali abonenti yaşayış binalarının girişində, pilləkən qəfəslərində, həmçinin fərdi yaşayış evlərinin (həyətyanı sahəsinin hasarının) xaricində quraşdırılmış suölçən cihazın oğurlanması ilə bağlı daxili işlər orqanına müraciəti əsasında əldə etdiyi sənədi Mərkəzə təqdim etməlidir. Müraciət əsasında "Azərsu" ASC-nin nümayəndəsi tərəfindən ünvana baxış keçirilərək suölçən cihazın yerində olmadığı öz təsdiqini taparsa yerində mövcud olmayan suölçən cihazın əvəzinə yeni suölçən cihazının quraşdırılma işləri “Azərsu” ASC-nin vəsaiti hesabına təmin edilir. Digər hallarda isə suölçən cihaz və quraşdırılma işləri abonentin vəsaiti hesabına təmin edilir.
Qeyd 3: Qeyri-əhali abonentlərində suölçən cihazın oğurlanması ilə bağlı Mərkəzə müraciət olunduqda (suölçən cihazın oğurlanmasına dair daxili işlər orqanından əldə etdiyi sənədi təqdim etməklə) "Azərsu" ASC-nin nümayəndəsi tərəfindən ünvana baxış keçirilərək suölçən cihazın yerində olmadığı öz təsdiqini taparsa, yerində mövcud olmayan suölçən cihazın əvəzinə yeni suölçən cihazın dəyəri və quraşdırma xərcləri abonentin vəsaiti hesabına aparılır. Ödəniş sifariş əsasında müəyyən edilir.
Qeyd 4: Suölçən cihaz abonent tərəfindən istismara yararsız hala salındıqda yeni suölçən cihazın dəyəri və quraşdırma xərcləri abonentin vəsaiti hesabına aparılır. Ödəniş sifariş əsasında müəyyən edilir.