Əhali və qeyri-əhali abonentləri üçün:
Ödənişsiz
Dərhal
Qeyd 1: “Azərsu” ASC tərəfindən yeni quraşdırılmış suölçən cihazın dəyəri qeyri-əhali abonentləri tərəfindən tam ödənilməlidir. Suölçən cihaz zəmanət müddəti ərzində abonentin təqsiri olmadan istismara yararsız hala düşdükdə və bu səbəbdən dəyişdirildikdə suölçən cihazın dəyişdirilməsi üçün ödəniş tələb edilmir.
Qeyd 2: Abonent tərəfindən quraşdırılmış suölçən cihazlar zədələndikdə və ya digər qüsurlar aşkar edildikdə bununla bağlı xərclər abonent tərəfindən ödənilir.
Qeyd 3: “Azərsu” ASC tərəfindən yeni quraşdırılmış suölçən cihaz əhali abonentləri tərəfindən istismara yararsız hala salındıqda, sayğacın dəyəri və dəyişdirilmə xərcləri abonent tərəfindən ödənilməlidir.