“ASAN xidmət” İkinci Qarabağ müharibəsinin qəhrəmanları ilə bağlı videoçarx hazırlayıb.
“ASAN xidmət” İkinci Qarabağ müharibəsinin qəhrəmanları ilə bağlı videoçarx hazırlayıb.
ASAN Radio işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu oldu.
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
2 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2019-2020-ci il qiymətləndirmə nəticələrinə dair onlayn təqdimat keçirilib.
27-28 oktyabr 2020-ci il tarixində Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) təşəbbüsü ilə “COVID-19 və ondan sonrakı dövrdə Yerli və Regional Hökumətlərin və Vətəndaşların Afrikada Ehtiyacımız olan Şəhər üçün Öhdəliklərini Təşviq Etmək” mövzusunda onlayn tədbir keçirilib. Tədbir Dünya Şəhərlər Gününün qeyd edilməsi münasibətilə ilə reallaşdırı...
23 oktyabr 2020-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.
Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə və ölkəmizin haqq işi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.
14-16 oktyabr 2020-ci tarixində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatının (UNCTAD) “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”nun 4-cü iclası keçirilib.
“ASAN Könüllüləri” Təşkilatı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi son təxribatlar, o cümlədən Silhalı Qüvvələrimiz tərəfindən ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı apardığı haqq işi barədə beynəlxalq könüllü və gənclər təşkilatlarına müraciət ünvanlayıb.
Türkiyənin Van şəhərinin 12 yaşlı sakini İsranur Ermənistanın işğalçı təcavüzündən sonra Azərbaycana dəstək olmaq istəyini ailəsinə bildirib. İsranur ölkəmizə olan sevgisini ifadə edən məktub yazıb və planşet almaq üçün yığdığı 36 lirəni Azərbaycana göndərib.