Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara “ASAN xidmət” stendi barədə ətraflı məlumat verib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara “ASAN xidmət” stendi barədə ətraflı məlumat verib.
2022-ci ilin 30 avqust – 4 sentyabr tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstəriləcək.
“Mitsubishi Corporation” şirkətinin İstanbul filialının baş direktoru Yasunori Sakamoto və baş direktorun müavini Şuniçi Komoriyadan ibarət nümayəndə heyəti 7 saylı "ASAN xidmət" mərkəzi ilə tanış olub.
Səyyar ASAN xidmət Zəngilan rayonunun Ağalı kəndində vətəndaşlara xidmət göstərib.
Masallı “ASAN Həyat” kompleksində Ombudsmanın Cənub Regional Mərkəzinin açılış tədbiri baş tutub.
4 avqust 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi faəliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu həyata keçirilib.
6 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllülər və əməkdaşlar tərəfindən müxtəlif materiallardan, kağız, taxta, sulu və yağlı boyadan, toxunma iplərdən hazırlanmış incəsənət nümunələri, dekorativ şamlar, aksesuarlar, kitablar həmçinin kiçik sahibkarlar tərəfindən könüllü olaraq dəstək məqsədilə təqdim edilmiş əl işlərinin sərgisi və satışı reallaşdırılıb.
Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
27 – 30 iyun 2022-ci il tarixində Şimali Makedoniyanın informasiya cəmiyyəti və administrasiya naziri Admirim Alitinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.